Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI
    • Dünən, 23:34
    • 62

Atası ilə bağlı VİDEO Səidəni AĞLATDI

"Doğma ancaq bir nəfər idi, o da getdi, dünyasını dəyişdi.  Ata haqqında oxuya da bilmirəm. Ürəyim gəlmir. Oxumalıydımsa, sağlığında oxumalıydım. Qəbullana bilmirəm. Nəfəsim gedib-gəldiyi ərəfədə atam yaşayacaq".

News24.az axşam.az-a istinadən bildirir ki,  bu sözləri müğənni Səidə Dadaşova "Qonaqcanlı" verilişində deyib. Sənətçi atası, mərhum Xalq artisti Rafael Dadaşovdan danışıb. O bildirib ki, bu günə qədər atası haqda mahnı oxumayıb. 

S.Dadaşova atası ilə bağlı süjeti izləyərkən göz yaşlarını saxlaya bilməyib.