-
- 30-07-2024, 09:05
- 263
Hakan Fidan İrana gedir
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək.
News24.az xəbər verir ki, İranda iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı Təbriz müavini və keçmiş səhiyyə naziri Pezeşkian səslərin 53,7 faizini toplayaraq ölkənin 9-cu prezidenti olub.
Pezeşkiyan üçün bu gün bir çox ölkələrin dövlət başçıları və nazirləri də daxil olmaqla nümayəndələrin iştirakı ilə andiçmə mərasimi keçiriləcək.
Qeyd edək ki, Pezeşkiyan daha sonra kabinetini etimad səsverməsi üçün parlamentə təqdim edəcək.
Günel Məlikzadə