Xalq artisti Yeni ildə çıxışı üçün 15 milyon istəyir - FOTO
    • Bu gün, 01:35
    • 114

Xalq artisti Yeni ildə çıxışı üçün 15 milyon istəyir - FOTO

Rusiyanın Xalq artisti, müğənni Filipp Kirkorovun Yeni il qabağı korporativ şənliklərindəki çıxışları 15 milyon rubldan 10 milyon rubla qədər ucuzlaşıb. 

Söz.az “Mash” “Telegram” kanalına istinadən xəbər verir ki, buna səbəb sifarişlərin olmamasıdır.

Kanalın məlumatına görə, noyabrın əvvəlində sənətçini Yeni il şənliyinə dəvət etmək 15 milyon rubla başa gəlib. Bununla belə, bir çoxları son illərdə çıxışları durmadan bahalaşan pop kralına bu qədər pul ödəyə bilmir. 

Nəticədə, Kirkorovun tədbirlərdə iştirak etmək üçün həm dekabr, həm də yanvar aylarında boş tarixləri var.