Əhaliyə XƏBƏRDARLIQ - Cümə gününə qədər...
    • Bu gün, 10:21
    • 80

Əhaliyə XƏBƏRDARLIQ - Cümə gününə qədər...

Çərşənbə axşamından cümə axşamına kimi Yer kürəsində maqnit qasırğası olacaq.

Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, yeni proqnozlar maqnit qasırğalarının yüksək ehtimalını təsdiqləyib. Belə ki, çərşənbə axşamı, iyulun 30-da fırtınalar güclü G3 səviyyəsinə, çərşənbə günü orta G2 səviyyəsinə, cümə axşamı isə orta G2 səviyyəsinə yüksəlmək ehtimalı var.

Sinoptik qeyd edib ki, maqnit qasırğalarının başlanğıcı çərşənbə axşamı gecəsi gözlənilirdi, lakin geomaqnit sahəsi sakit qalıb və yalnız Moskva vaxtı ilə saat 3:19-dan sonra bir qədər pozulmuş vəziyyətə düşüb.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) alimləri xəbərdarlıq etmişdilər ki, iyulun 24-də Yer kürəsində orta güclü geomaqnit qasırğası başlayıb./BAKU.WS