-
- 30-07-2024, 10:45
- 172
7 yaşlı uşaq zəhərləndi - SƏBƏB
Səhər saatlarında Qaxın İlisu 7 yaşlı kənd sakini Yusif Bilalov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Valideynlərinin sözlərinə görə, körpə ötən gün həyətdə cücələr üçün hazırlanmış dərmanlı sudan içib.
News24.az bizim.media-ya istinadla xəbər verir ki, onun nəzarətsiz qalması və bu səbəbdən dərmanlı su içdiyi bildirilir.
Yusif Bilalova ilkin tibbi yardım göstərilib və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.