Şəkidə 3 yaşlı uşaq kimyəvi məhlul içib
    • 19-07-2018, 11:32
    • 1 240

Şəkidə 3 yaşlı uşaq kimyəvi məhlul içib

Şəki şəhərində 3 yaşlı uşaq kimyəvi məhluldan zəhərlənib.
 
İyulun 18-i axşam saat 21 radələrində Şəki şəhər sakini, 2015-ci il təvəllüdlü Səid Zaur oğlu Məmmədli zəhərlənmə əlamətləri ilə Şəki Birləşmiş Uşaq Xəstəxanasına daxil olub.
 
Xəstəxanadan bildirilib ki, müayinə zamanı 3 yaşlı Səid Məmmədlinin yaşadığı ünvanda nəzarətsiz qalması səbəbindən su zənn edərək durulaşdırıcı kimyəvi məhlul içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən S. Məmmədliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

//Apa.tv