Meqan Foks hamiləlik xəbərindən sonra İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ
    • Bu gün, 13:00
    • 63

Meqan Foks hamiləlik xəbərindən sonra İLK DƏFƏ GÖRÜNTÜLƏNDİ

Hollivud aktrisası Meqan Foks hamiləlik şayiələrindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. 

News24.az xəbər verir ki, fotolar "Daily Mail" saytında dərc olunub.

Meqan Foks və sevgilisi Kelli ötən gün Malibuda jurnalistlərə tuş gəlib. Məşhurlar müəssisədə şam yeməyinə gediblər. Aktrisa böyük ölçülü sviter geyinərək qarnını gizlədib.

Qeyd edək ki, iyulun 26-da Meqan Foksun hamilə olması ilə bağlı şayiələr yayılıb. Buna səbəb Meqanın çiçək naxışlı mini paltarda yuvarlaq qarnını nümayiş etdirdiyi videosu olub. Pərəstişkarları çaşqın vəziyyətdə qalıblar. Bəziləri cütlüyü təbrik etməyə başlayıb, bəziləri isə bunların arxiv görüntüləri olduğunu söyləyib.


Məryəm İlhamqızı