-
- 29-07-2024, 11:47
- 305
"Meganı İngiltərəyə aparmayacağam"
İngiltərə kralı Çarlzın ABŞ-da yaşayan kiçik oğlu Şahzadə Harri yeni müsahibəsində həyat yoldaşı Meqan Marklı İngiltərəyə aparmaqdan qorxduğunu açıqlayıb.
News24.az xəbər verir ki, ingilis İTV kanalına danışan 39 yaşlı Şahzadə mətbuatda çıxan xəbərlərə görə hücumlardan qorxduğunu ifadə edib.
Harri həmçinin bildirib ki, 2022-ci ildə vəfat edən Kraliça II Yelizaveta mətbuata qarşı mübarizəsində ona böyük dəstək verib.
Qeyd edək ki, Harri və Meqan cütlüyü 2020-ci ilin iyun ayında Britaniya kral ailəsindən ayrıldıqdan sonra ABŞ-ın Kaliforniya ştatına köçüb.
Cütlüyün İngiltərədə rəsmi iqamətgahı yoxdur.
Kral Çarlza xərçəng diaqnozu qoyulduqdan sonra Şahzadə Harri İngiltərəyə gedib və atası ilə görüşüb.
Səfər zamanı onu həyat yoldaşı Meqan Markl və cütlüyün 2 uşağı müşayiət etməyib. Kral Çarlz nəvələri 5 yaşlı Arçi və 3 yaşlı Lilibeti sonuncu dəfə 2022-ci ilin iyununda görüb.
Məryəm İlhamqızı