-
- 30-07-2024, 13:08
- 18 575
Minimum əməkhaqqı bu qədər ARTACAQ: Məbləğ və tarix açıqlandı - 3 rəqəmli olacaq
Azərbaycanda minimum əməkhaqqının artırılması iqtisadi inkişaf, inflyasiya, əmək bazarının tələbləri və dövlətin sosial siyasəti ilə bağlı bir çox amillərə əsaslanır. Son dövrlərdə, Azərbaycanın minimum əməkhaqqı artımı ilə bağlı müxtəlif təşəbbüslər və qərarlar qəbul edilib. Məsələn, 2024-cü ildə bu artımlar daha əhəmiyyətli ola bilər, çünki inflyasiya səviyyəsinin və iqtisadi şəraitin dəyişməsi bu artımlara təsir edə bilər.
Dövlət əməkhaqqı artımını iqtisadi və sosial vəziyyətə uyğun olaraq həyata keçirmək məqsədini güdür, lakin artımların miqdarı və zamanı müxtəlif faktorlardan asılıdır. Bu səbəbdən minimum əməkhaqqının nə qədər artırılacağı barədə dəqiq bir proqnoz vermək çətindir, lakin iqtisadi vəziyyətə və sosial tələblərə uyğun olaraq bu artım baş verə bilər.
Dünya ölkələrindəki vəziyyət:
ABŞ-da minimum əməkhaqqı saatda 7.25 dollardır. Bu da aylıq təxminən 1,160 dollar edir, təxminən 2 min manat.
Almaniyada minimum əməkhaqqı saatda 12 avrodur, bu da aylıq 1,920 avro edir.
Kanadada minimum əməkhaqqı müxtəlif şəhərlərə görə dəyişir. Məsələn, Ontarioda saatda 16.55 Kanada dolları edir. Bu da aylıq 2,648 Kanada dollar deməkdir. (1900azn)
Türkiyədə minimum əməkhaqqı ayda 14,000 Türk lirəsidir, Azərbaycan manatı ilə təxminən 735 manat.
Bəs Azərbaycanda minimum əməkhaqqı nə qədər artırıla bilər?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Xalid Kərimli News24.az-a bildirib ki, minimum əməkhaqqı noyabrda təsdiq olunsa belə, 2025-ci ilin yanvar ayında artırılacaq:
“2024-cü ilin noyabrnda artımın təsdiqlənəcəyi bildirilib. Amma ehtimal var ki, artım olsa belə, 2025-ci ilin yanvar ayında qüvvəyə minəcək. Güman edirəm ki, minimum əməkhaqqı 10-15 faiz ətrafında artırıla bilər. Minimum 10, maksimum 15 faiz arta bilər. Çünki 2023-cü ildə 8,8 faizlik bir inflyasiya var idi. Bu il isə 3,5, - 4 faizlik bir inflyasiya gözlənilir. Bu inflyasiyanın nəzərə alınaraq artırlacağını güman edirəm. Bunu hesablamaq üçün nazirliyə bir neçə ay vaxt verilib, çünki bu çox əhəmiyyətli bir mövzudur”.
İqtisadçı qeyd edib ki, minimum əməkhaqqının artırılması digər əməkhaqqılara da təsir edir. Onun sözlərinə görə, minimum əməkhaqqı ilə işləyənlər azdır: “Minimum əməkhaqqı yaşayış minimumundan aşağı deyil. Zatən minimum normal yaşayış üçün nəzərdə tutulmayıb. Hazırda da bu əmək qabiliyyətli əhalinin yaşayış minimumundan yuxarıdır”.
Aqil Qarayev