Azərbaycan-Polşa sənədləri imzalanıb
    • 31-05-2019, 13:31
    • 1 238

Azərbaycan-Polşa sənədləri imzalanıb

Mayın 31-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.

News24.az xəbər verir ki, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Polşa Respublikasının bitkilərin sağlamlığı və toxumçuluq üzrə təftiş müfəttişi Andjey Xodkovski imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov və Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı naziri Kriştof Ardanovski imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”i Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Polşa Respublikasının Daxili Təhlükəsizlik Agentliyinin sədr müavini Kriştof Vatslavek imzalay