"Lill" matçında çalışacaq hakimlər açıqlandı
    • Dünən, 22:30
    • 56

"Lill" matçında çalışacaq hakimlər açıqlandı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Luqano"nu 2:1 hesabı ilə məğlub edən "Fənərbaxça" növbəti mərhələyə yüksəlməyi bacarıb.

News24.az xəbər verir ki, nəhənglər Liqasının 3-cü təsnifat mərhələsində Fransanın "Lill" komandası ilə mübarizə aparacaq sarı-göylülərin ev və səfər matçlarında fit çalacaq hakimlər bəlli olub.

UEFA-dan verilən açıqlamaya görə, "Fənərbağça"nın "Lill"lə səfər matçını İştvan Kovaçs, ev matçını isə Xose Mariya Sançez idarə edəcək.

Qeyd edək ki, Fənərbaxça Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını avqustun 6-da səfərdə keçirəcək.

Qarşılaşmanın cavab görüşü avqustun 13-də İstanbulda keçiriləcək.

Çempionlar Liqasında "Fənərbaxça" bu mərhələni keçəcəyi təqdirdə pley-off mərhələsinə yüksələcək.

Avqustun 5-də pley-off mərhələsinin püşkü atılacaq.

Günel Məlikzadə