-
- 22-11-2024, 01:20
- 765
Aysun bir reklama NEÇƏYƏ ÇƏKİLİR? – Məbləği AÇIQLADI
Müğənni Aysun İsmayılova “Instagram”da reklam paylaşımlarının qiymətini açıqlayıb.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, sənətçi “Rəngarəng” verilişində bir paylaşım üçün 5 min manat ödəniş aldığını bildirib:
“Özüm istifadə etmədiyim heç nəyi paylaşmıram. Peşəkar videoqrafla gedib çəkiliş edib gəlirəm. Hamısı bir yerdə qiymət də 5 min manatdır. Amma simalıq olarsa, qiymət xeyli dərəcədə dəyişir. O zaman, müqavilə ilə işləyirsən və birillik müqavilə bağlayırsan. Bir dəfə sima oluramsa, mahnının sözlərini dəyişərəmsə, o mahnının bəstəkarından icazə alıb, ona da ödəniş etməliyəm”.