Məşhur aktrisa xərçəngdən DÜNYASINI DƏYİŞDİ
    • Bu gün, 17:30
    • 54

Məşhur aktrisa xərçəngdən DÜNYASINI DƏYİŞDİ

"The Hollywood Reporter"-a istinadən bildirir ki, bir müddətdir xərçənglə mübarizə aparan məşhur aktrisa Erika Aş 46 yaşında dünyasını dəyişib.

Ailəsi tərəfindən verilən açıqlamada deyilir: "Erika kəskin zəkası, yumor hissi və həyata həvəsi ilə saysız-hesabsız həyatlara toxunan inanılmaz qadın və istedadlı sənətkar idi. Onun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır".

News24.az xəbər verir ki, Scary Monvie 5, Uncle Drew kimi filmlərdə, Cold Case, Family Reunion kimi seriallarda rol alan Aş bir çox realiti şoularda da yer alıb.

Qeyd edək ki, Erika Aş döş xərçəngindən ölüb.


Məryəm İlhamqızı