Məşhur aktrisa dünyasını dəyişdi
    • 6-10-2023, 23:23
    • 312

Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur argentinalı aktrisa və model Jaklin Karrieri estetik əməliyyatdan sonra 48 yaşında vəfat edib.

News24.az Milli.Az-a istinadən bildirir ki, oktyabrın 7-də 49 yaşını qeyd etməyə hazırlaşan Karrieri pandemiyadan sonra iki azyaşlı uşağı ilə məskunlaşdığı Los-Ancelesdə dünyasını dəyişib.

Məlumata görə, model və aktrisalıqdan əlavə tanınmış sahibkar olan Karrierinin ölümünə səbəb estetik əməliyyatdan sonra səhhətində yaranan problemlər və fəsadlar olub. 

Xatırladaq ki, digər argentinalı aktrisa və model, 43 yaşlı Silvina Luna etdirdiyi uğursuz plastik əməliyyatlardan sonra dünyasını dəyişib.