-
- 31-07-2024, 23:10
- 452
Freddən Fənərbaxça-ya pis xəbər
"Fənərbaxça" UEFA Çempionlar Liqası matçında zədələnən və oyunu davam etdirə bilməyən Fredin sağlamlıq vəziyyətini açıqlayıb.
News24.az xəbər verir ki, sarı-göylü komanda, braziliyalı oyunçunun MRT müayinəsindən sonra sağ dizinin medial yan bağının zədələnməsi diaqnozunun qoyulduğunu açıqlayıb.
31 yaşlı futbolçunun müalicəsinə başlanıldığı qeyd edilib.
Qeyd edək ki, Fred 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Günel Məlikzadə