-
- 15-07-2024, 22:00
- 548
"Fənərbaxça" üçün 3 transfer
Fənərbaxça transferdə aktiv bir həftəyə hazırlaşır. Sarı-göylü komanda Oğuz Aydın, Cenk Tosun və Allan Saint-Maximini heyətinə qatmağı planlaşdırır.
News24.az xəbər verir ki, "Fənərbaxça" Oğuz Aydının transfer qiyməti ilə bağlı "Alanyaspor"la anlaşıb. "Qalatasaray"ın da gündəmində olan cinah oyunçusu sarı-göylülər komanda ilə 4 illik müqavilə imzalayacaq.
3 ildir Aralıq dənizi komandasında çıxış edən 23 yaşlı futbolçu ötən mövsüm Super Liqada 13 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.
Eyni zamanda, “Fənərbaxça” da Cenk Tosunun transferini rəsmiləşdirməyə hazırlaşır. AVRO-2024-dən sonra tətilə çıxan milli hücumçu yeni komandası ilə 2 illik müqavilə imzalamaq üçün sabah İstanbula gələcək.
"Beşiktaş"la müqaviləsi başa çatan 33 yaşlı mərkəz hücumçusu ötən mövsümü 11 qol və 8 məhsuldar ötürmə ilə başa vurub.
Sarı-göylü komanda Allan Saint Maximinin transferini yekunlaşdırmağa yaxındır. 27 yaşlı vingeri icarəyə götürmək üçün Səudiyyə Ərəbistanının "Əl Əhli" komandası ilə razılıq əldə olunub. Ulduz futbolçu bu həftə səhhəti ilə bağlı müayinə və imza üçün İstanbula gələcək.
Günel Məlikzadə