-
- 31-07-2024, 23:50
- 457
Haniyə üçün Türkiyənin hər yerində qiyabi cənazə namazı qılındı
HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə İranın paytaxtı Tehrandakı iqamətgahında iyrənc sui-qəsd nəticəsində şəhid olub.
News24.az xəbər verir ki, Haniyənin şəhadətindən sonra Türkiyənin hər yerində qiyabi cənazə namazı qılınıb. Namazdan sonra toplaşan qeyri-hökumət təşkilatlarının üzvləri şüarlarla İsrailin hücumlarını pisləyiblər.
Yozgat
Günorta Çapanoğlu Ulu Məscidində Yozqat İl Müftisi Əli Gültən tərəfindən Həmas lideri Haniyə üçün qiyabi cənazə namazı qılınıb, namazdan sonra dua edilib.
Vətəndaşlar təkbir deyib, “Ləf olsun İsrail” şüarları səsləndiriblər.
Kayseri
Kayseridəki məscidlərdən Haniyə üçün dua oxunub. Daha sonra Hunat məscidində günorta namazından sonra qiyabi cənazə namazı qılınıb.
Məscidin içərisində və həyətində növbəyə düzülən vətəndaşlar təkbir deyib, İsrail əleyhinə şüarlar səsləndiriblər.
Çorum
Çorumda Haniyə üçün qiyabi cənazə namazı qılınıb. Günorta namazından sonra Akşemsəddin Məscidində Fələstin Platforması tərəfindən qılınan cənazə namazına qatılan Bələdiyyə Başçısı Dr. Halil İbrahim Aşqın, AK Partiya İl sədri Murat Günay, MHP İl sədri Mehmet İhsan Çıplak, qeyri-hökumət təşkilatlarının nümayəndələri və vətəndaşlar iştirak edib.
Mərsin
Anadolu Gənclik Dərnəyinin Ulu Məsciddə təşkil etdiyi qiyabi cənazə namazına dərnək üzvləri ilə yanaşı çox sayda vətəndaş da qatılıb.
Mersin İl Müftisi Aydın Yığmanın imamlığı ilə edilən duada Haniyə üçün dualar edildi. Namazdan sonra məscidin həyətinə toplaşan camaat təkbir və “Ləf olsun İsrail” kimi şüarlar səsləndirərək etirazlarını bildiriblər.
Günel Məlikzadə