HƏMAS-ın yeni lideri bu şəxs ola bilər
    • 31-07-2024, 18:48
    • 369

HƏMAS-ın yeni lideri bu şəxs ola bilər

HƏMAS-ın yeni müvəqqəti lideri Xalid Maşal təyin edilə bilər.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, Maşal 2025-ci ildə keçiriləcək seçkilərə qədər HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsini icra edəcək.

Xalid Maşal 1996-2017-ci illərdə HƏMAS Siyasi bürosuna rəhbərlik edib. HƏMAS daxilində müzakirələr fonunda onun namizədliyi geniş dəstək görüb.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib