2019-un KLEOPATRASI O OLDU
    • 31-05-2019, 15:25
    • 3 307

2019-un KLEOPATRASI O OLDU

Müğənni Samir Piriyevin «По любви» klipinin ssenari və baş qəhrəmanı özünə bütün diqqəti cəlb edib.

News24.az
-ın uzun illərdir gündəmdə olmayan əməkdar artist, Rus Dram Teatrının aktrisası, ilk dəfə Azərbaycanda Kleopatra obrazını canlandıran Naina Ibrahimova 15 ildən sonra müasir Kleopatraya cevrilib. Buna səbəb isə Samir Piriyevin yeni «По любви» adlı mahnısına çəkilən klipdə baş rolu oynaması olub. Klipdə Naina Ibrahimovadan 2019-cu ilin Kleopatrasını yaradıblar. Müasir geyim tərzi və makiyajı ilə seçilən yeni Kleopatra obrazının üzərində isə tanınmış modelyer, bir çox yaratdığı obrazları ilə moda dünyasında öz möhrünü vuran Şəlalə Maqsudova işləyib. O, müasir Kleopatra obrazı üçün fərqli, cazibədar və müasir geyim hazırlayıb. Aktrisanın yeni obrazı üçün saç düzümü və qrimi ilə isə tanınmış stilist Nura Babayeva çalışıb.

Xatırladaq ki, Naina Ibrahimova 15 il əvvəl ilk dəfə tarixi Kleopatra obrazını canlandırıb. İllər əvvəl də bu obrazın üzərində modelyer Şəlalə Maqsudova və stilist Nura Babayeva çalışıb. Hazırda isə “Kleopatra 2019”-un yeni fotosessiyasını təqdim edirik.

Qeyd edək ki,fotosessiya fotoqraf Gül Çinə məxsusdur.