Bakıda sərnişin avtobusu qəzaya düşdü - Video
    • Bu gün, 14:20
    • 61

Bakıda sərnişin avtobusu qəzaya düşdü - Video

Bakıda "Xaliq Faiqoğlu" şirkətinə məxsus sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Bakı Şəhər Dövlət Polisi İdarəsindən Oxu.az-a bildirilib ki, hadisə bu gün saat 06:15-də Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

"Sərnişin avtobusu "KamAZ" markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə nəticəsində xəsarət alan yoxdur".