-
- 1-08-2024, 22:50
- 199
Kral Çarlz Harrinin zənglərinə cavab vermir
Kral Çarlzın İngiltərədəki krallıq vəzifələrini tərk edərək 2020-ci ildə ABŞ-a köçən şahzadə Harri ilə münasibəti ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
News24.az xəbər verir ki, 39 yaşlı Susseks hersoqu ən qürurverici nailiyyətlərindən biri olan Invictus Oyunlarının 10 illiyini qeyd etmək üçün keçən may ayında İngiltərəyə qayıdanda atasının mərasimdə olmaması diqqət çəkib. Kralın "məşğul" olduğu üçün mərasimə qatıla bilmədiyi iddia edilsə də, ikisi arasında başqa problemlərin də olduğu düşünülür.
Britaniya Daxili İşlər Nazirliyi 2020-ci ilin fevral ayında Şahzadə Harrinin İngiltərədə olarkən avtomatik olaraq polis müdafiəsini dayandıracağını elan edib. Şahzadə Harri Ali Məhkəmədə hökumətə qarşı iddiasını uduzub.
Qeyd edək ki, “People” jurnalının yazdığına görə, şahzadə Harri atası ilə görüşəndə həyat yoldaşı və uşaqlarının İngiltərədəki təhlükəsizliyindən danışmaq istəyib.
Fevral ayında Kralın xərçəng diaqnozundan sonra ata və oğul arasında müsbət söhbət osa da, o vaxtdan bəri cütlüyün ünsiyyəti "pisləşib".
Onu da bildirək ki, Şahzadə Harriyə yaxın mənbələr kralın artıq oğlunun zənglərinə və məktublarına cavab vermədiyini deyir.
Şahzadə Harrinin dostu "Onun zəngləri cavabsız qalır. Kralın səhhəti ilə bağlı onunla əlaqə saxlamağa çalışdı, lakin bu zənglər də cavabsız qalır" dedi.
Günel Məlikzadə