-
- 1-08-2024, 18:59
- 231
Ermənistanda ehtiyatda olan hərbçilər toplanışa çağırıldı
Ermənistan sentyabrın 15-dən ehtiyatda olan hərbçilərini növbəti toplanışa çağırıb.
News24.az Trend-ə istinadən bildirir ki, bu barədə qərar hökumətin iclasında verilib.
Ehtiyatda olan hərbçilər qrup şəklində çağırılıb-buraxılacaq. Onların hər biri 25 təqvim günündən çox olmayan müddətə toplanışa cəlb edilirlər.
Toplanış dekabrın 15-də tam başa çatacaq.