İsti hava ilə bağlı XƏBƏRDARLIQ - Bu allergenlərin yayılma riski YÜKSƏKDİR
    • 2-08-2024, 19:35
    • 574

İsti hava ilə bağlı XƏBƏRDARLIQ - Bu allergenlərin yayılma riski YÜKSƏKDİR

Havaların isti keçməsinin insanların sağlamlığına bir çox zərərləri var. 

News24.az bizim.media-ya istinadən xəbər verir ki, isti hava polen və kif kimi allergenlərin havada daha da yayılmasına səbəb ola bilər. 

Bundan əlavə, temperaturun artması ozon səviyyəsini və havanın çirklənməsini artıraraq allergiya simptomlarını ağırlaşdıra bilər.

Polen allergiyası:

Yaz və yay aylarında çiçəklərdən, ağaclardan və otlardan tozcuqlar havaya yayılır. Polen qaşınma, burun axması və asqırmaya səbəb ola bilər.

Kalıp allergiyası:

İsti və rütubətli hava kif sporlarının yayılması üçün ideal şərait yaradır. Kalıp sporları da tənəffüs allergiyasına səbəb ola bilər.

Ozon allergiyası:

İsti hava ozon səviyyəsini artıra bilər. Yüksək ozon səviyyələri astma və digər tənəffüs problemlərinin yaranması üçün ideal şərait hesab olunur.

Toz gənələri:

Toz gənələri isti və rütubətli mühitlərdə çoxalırlar. Bu mikroskopik canlılar allergik reaksiyalara və astma simptomlarına səbəb ola bilər.

Böcək allergiyası:

İsti hava arıların, eşşək arılarının və digər həşəratların daha aktiv olmasına səbəb olur. Bu həşəratların sancmaları allergik reaksiyalara və bəzi hallarda hətta anafilaktik şoka səbəb ola bilər.

İsti hava allergiyası ilə mübarizə üsulları bunlardır:

Qapalı məkanlarda qalmaq: Xüsusilə polen səviyyəsinin yüksək olduğu dövrlərdə evdə qalmaq faydalı ola bilər.

Hava təmizləyicilərindən istifadə: Hava təmizləyiciləri daxili havanı allergenlərdən təmizləməyə kömək edə bilər.

Rütubət səviyyəsinə nəzarət: Evdə rütubət səviyyəsini nəzarət altında saxlamaq kif və toz gənələrinin çoxalmasının qarşısını ala bilər.

Çölə çıxanda ehtiyat tədbirlərinin görülməsi: Çölə çıxarkən günəş eynəyi və baş geyimlərindən istifadə tozcuqların gözlərə və üzə çatmasına mane ola bilər.