-
- 2-08-2024, 23:30
- 834
Aktrisa necə 20 kilo arıqladığını açıqladı
"Çox Gözəl Hərəkətlər Bunlar" verilişi ilə şöhrət qazanan aktrisa Ayça Erturan daha sonra bir çox filmlərdə yer alıb. 2014-cü ildə Levent Kırcanın oğlu Oğulcan Kırca ilə ailə quran ulduzun 2021-ci ildə Nova adlı qızı dünyaya gəlib.
News24.az xəbər verir ki, həm karyerası, həm də şəxsi həyatı ilə diqqət çəkən Ərturan arıqlaması ilə gündəmə gəlib. Snob Magazine-ə danışan ulduz 20 kilo arıqladığını açıqlayıb.
Ərturan, "Yemədim, içmədim. Restoranların yanından keçəndə başımı çevirirəm. Qoxuları alıram, burnumu tıxayıram. Bu cür tədbir görmüşəm. Köhnə şəkillərimə baxanda deyirəm:" O qız kimdir?”
Aktrisa "O qızı çox sevirəm, amma doğuşdan sonra özümü yeniləməyə ehtiyacım var idi, deyəsən, indi 20 kilo arıqladım. Fasiləli oruc tutdum" deyib.
Günel Məlikzadə