36 yaşlı rusiyalı qadın 11-ci dəfə ana oldu
    • 2-08-2024, 18:05
    • 281

36 yaşlı rusiyalı qadın 11-ci dəfə ana oldu

Primorye sakini 11-ci dəfə ana olub. 

News24.az xəbər verir ki, bu barədə Vladivostokdakı 3 saylı doğum evinin mətbuat xidməti məlumat yayıb.

Doğuş qeysəriyyə əməliyyatı ilə baş tutub. Tibb müəssisəsinin aydınlaşdırdığı kimi, bu, xəstənin həyatında ikinci qeysəriyyə əməliyyatı olub. Qalan uşaqlar təbii yolla doğulublar. 

Avqustun 1-də çəkisi 3030 qram, boyu 50 santimetr olan oğlan uşağı dünyaya gəlib. Evdə, Novoşaxtinski kəndində səkkiz bacı və iki qardaşı onu gözləyir

Xəstəxananın baş həkimi Svetlana Saqaidaçnaya “Biz çoxuşaqlı ananın bizim doğum evini seçməsinə çox şadıq və oğlunun dünyaya gəlməsi münasibətilə ürəkdən təbrik edirik”, - deyə qeyd edib.


Məryəm İlhamqızı