Fransa və Argentina futbolçuları arasında dava baş verdi
    • Bu gün, 17:35
    • 54

Fransa və Argentina futbolçuları arasında dava baş verdi

Fransa və Argentina futbolçuları arasında Olimpiya turnirindən sonra dava baş verib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə RMC Sport kanalı məlumat yayıb. Ötən gün Fransanın Bordo şəhərində keçirilən görüş meydan sahiblərinin 1:0 qələbəsi ilə başa çatıb. Oyundan sonra bir neçə futbolçunun iştirakı ilə dava baş verib. İdmançılar tribunanın altında, azarkeşlərin görmədiyi yerdə dalaşıblar. Buna Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.