Somalidə otelə və çimərliyə hücum nəticəsində 14 nəfər həlak oldu
    • 3-08-2024, 20:07
    • 336

Somalidə otelə və çimərliyə hücum nəticəsində 14 nəfər həlak oldu

Somalinin paytaxtı Moqadişoda otelə və çimərliyə hücum nəticəsində azı 14 nəfər həlak olub, 30-dan çox insan isə yaralanıb.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, naməlum şəxslər yerli sakinlər arasında məşhur olan “Lido” çimərliyinə və otelə hücum ediblər. Hücum terrorçu-kamikadzenin özünü partlatması ilə başlayıb. Polislə hücum edən şəxslər arasında atışma gecə yarısınadək davam edib.

Yaralıların çoxunun vəziyyəti ağır olduğundan yerli hakimiyyət orqanları ölənlərin sayının artacağını istisna etmirlər.

“Lido” çimərliyi Moqadişo sakinlərinin dincələ bildiyi azsaylı istirahət yerlərindən biridir.