-
- 30-12-2020, 17:30
- 567
Yəməndə hava limanına hücum nəticəsində ölənlərin sayı 27-yə çatıb
Yəmənin Ədən hava limanına hücum nəticəsində ölənlərin sayı artıb.
News24.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində ən azı 27 nəfər həlak olub.
Yaralıların da sayı artıb və onların arasında yerli rəsmilər, o cümlədən ölkənin nəqliyyat nazirinin müavini də var.
Yəmənin Baş naziri Maeen Abdulmalik hadisəni terror aktı adlandırıb.
Qeyd edək ki, hücuma görə hələlik məsuliyyəti heç kim üzərinə götürməyib. /Apa/