DİQQƏT! Bu yoldan istifadə etməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 31-05-2019, 19:47
    • 607

DİQQƏT! Bu yoldan istifadə etməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 31 may və 1 iyun tarixlərində axşam saat 23:00-dan səhər saatlarına kimi Bakı şəhəri, Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Böyük Şor yol qovşağına kimi olan hissəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

News24.az 
xəbər verir ki, sürücülərdən qeyd olunan tarixlərdə sözügedən prospekt boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.