SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu yollarda
    • 1-05-2019, 16:33
    • 712

SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ: Bu yollarda

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bundan başqa anoloji işlər axşam saat 22:00-dan səhər saatlarına kimi isə Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yolarında da aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.