"Qalatasaray" onu "Mançester Siti"dən alır
    • Bu gün, 15:42
    • 53

"Qalatasaray" onu "Mançester Siti"dən alır

"Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Fillips "Qalatasaray"a keçə bilər.

"News24" lent.az-a istinadla bildirir ki, Türkiyə klubu futbolçunun transferində maraqlıdır. "Siti"nin futbolçusu ilə "Roma", "RB Leypsiq" və "RB Salzburq"un da maraqlandığı bildirilir.

“Mançester Siti” 2022-ci ilin iyununda “Lids Yunayted”in məzunu Kalvin Fillipsi transfer edib. Müqavilə "şəhərlilər"ə 48,7 milyon avroya başa gəlib. 2024-cü ilin yanvarında Fillips icarə əsasında "Vest Hem"ə keçib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.