"Mançester Siti"nin lideri  əməliyyat OLUNDU
    • 19-08-2023, 12:19
    • 403

"Mançester Siti"nin lideri əməliyyat OLUNDU

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne bud nahiyəsindən əməliyyat olunub.

News24.az xəbər verir ki, futbolçunun bərpası bir neçə ay çəkə bilər.

“Mançester Siti” bir neçə ayı lideri Kevin De Bruynesiz keçirməli olacaq.

Xatırladaq ki, De Bruyne İngiltərə Premyer Liqasının ilk turunun "Bernli" ilə matçında zədələnib.

Belçikalı 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi 49 oyun keçirib, 10 qol vurub və 31 məhsuldar ötürmə edib. De Bruyne ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Aynurə