İlon Mask: Britaniyada vətəndaş müharibəsi qaçılmazdır
    • Bu gün, 16:04
    • 50

İlon Mask: Britaniyada vətəndaş müharibəsi qaçılmazdır


Amerikalı sahibkar və ixtiraçı milyarder İlon Mask Böyük Britaniyada baş verən kütləvi iğtişaşlar fonunda ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğunu bəyan edib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində müvafiq yazı dərc edib.

Britaniya şəhərlərində keçirilən etiraz aksiyalarından olan videolardan birinə münasibət bildirən iş adamı “Vətəndaş müharibəsi qaçılmazdır” deyə bir cümlə işlədib.

Bir gün əvvəl britaniyalı deputat və müxalif Mühafizəkarlar Partiyasının liderliyinə namizəd Priti Patel Böyük Britaniyada uşaqlara bıçaqla hücumdan sonra baş verən iğtişaşlar səbəbindən məzuniyyətə çıxan parlamenti yenidən toplamağa çağırıb.

Xatırladaq ki, bu ilin İyulun 29-da İngiltərənin Sautport şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib. Hücumun qurbanları uşaqlar olub. Hadisə yerinə gələn polis əməkdaşları hücum edən şəxsi saxlayıb.