İlon Mask Baydeni məyus etdi
    • 22-01-2024, 09:33
    • 2 636

İlon Mask Baydeni məyus etdi

"SpaceX" şirkətinin qurucusu, iş adamı İlon Mask prezident seçkilərində Co Baydenə səs verməyəcəyini bildirib.

News24.az APA-ya istinadən bildirir ki, İlon Mask hazırkı prezident Baydenə səs verməyəcəyini özünün "X" (keçmiş "Twitter") hesabındakı paylaşımında bəyan edib.

2020-ci il seçkilərində Baydeni dəstəklədiyini etiraf edən Mask bu dəfə ona səs vermək niyyətində olmadığını qeyd edib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.