-
- 5-08-2024, 10:52
- 260
Bilinken: İran və Hizbullah yaxın 24 saat ərzində İsrailə hücum edə bilər
"İran və Livanın Hizbullah qruplaşmasının İsrailə hücumu yaxın 24 və ya 48 saat ərzində başlaya bilər".
News24.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken avqustun 4-də deyib.
Axios söhbətdə iştirak edən üç mənbəyə istinadən yazır ki, Bilinken G7-dəki həmkarlarına deyib ki, hücum 5 avqust bazar ertəsi başlaya bilər.
O bildirib ki, İsrailə qarşı zərbənin hansı formada olacağı bəlli deyil.
Dövlət katibi həmkarlarına həmçinin bildirib ki, Birləşmiş Ştatlar İran və Hizbullahın hücumlarını mümkün qədər məhdudlaşdırmağa, sonra isə İsrailin cavabını cilovlamağa çalışaraq eskalasiya dövranını qırmağa çalışır. Blinken digər xarici işlər nazirlərini maksimum təmkinli olmaq üçün İran, Livan Hizbullahı və İsrailə diplomatik təzyiq göstərməyə çağırıb.
Onu da qeyd edək ki, Avqustun 4-də Axios İranın avqustun 5-də İsraili vura biləcəyini yazıb. Bundan əvvəl İran və Hizbullah qrup liderlərinin öldürülməsinə görə qisas alacaqlarına söz veriblər.
Günel Məlikzadə