Kamala Harris prezidentliyə namizəd oldu
    • 6-08-2024, 14:04
    • 1 074

Kamala Harris prezidentliyə namizəd oldu

ABŞ-da Demokratlar Partiyasının Milli Komitəsinin sədri Jaime Harrison Konqresə qatılacaq nümayəndələrlə onlayn səsvermənin yekun nəticələrini açıqlayıb.

News24.az xəbər verir ki, müvafiq olaraq, 5 günlük səsvermə nəticəsində Kəmalə Harris təxminən 4600 səslə Demokrat Partiyasının seçkilərdə 99 faizə uyğun səslə rəsmi namizədi olub.

Harrisin namizədliyi yekunlaşsa belə, Çikaqoda keçiriləcək partiya konqresində seçki səsvermə yolu ilə aparılacaq.

Qeyd edək ki, Demokratlar Partiyasının Milli Komitəsinin sədri Harrison avqustun 2-də elan edib ki, qeyri-rəsmi məlumatlara görə, Harrisin prezident seçkilərində partiyanın namizədi olmaq üçün tələb olunan kifayət qədər nümayəndə sayına çatıb.

Demokratlar Partiyası avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya konqresində prezidentliyə və vitse-prezidentliyə namizədlərini rəsmən elan edəcək.

Günel Məlikzadə