-
- 7-08-2024, 08:44
- 1 361
Ard-arda üç zəlzələ baş verdi: Zərərçəkən..
Adanada 4,6, 4,5 və 4 bal gücündə zəlzələlər bir dəqiqəlik fərqlə baş verib.
News24.az xəbər verir ki, Adananın Kozan rayonunda saat 05.32-də 4,6 bal gücündə zəlzələ baş verib.
Türkiyə Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Kozanda olan 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 7,6 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.
Qeyd edək ki, 4,6 bal gücündə zəlzələdən sonra bir dəqiqəlik fasilələrlə 4,5 və 4 bal gücündə zəlzələlər baş verib.
Daxili İşlər Naziri Ali Yerlikaya, sosial media hesabından verdiyi açıqlamada:
"Mərkəzi Adana Kozanda 4,6, 4,5 və 4 bal gücündə 3 zəlzələ baş verib. Ətraf illerde də hiss olunan zəlzələdə AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları çöl araşdırmalarını davam etdirir. Hazırda heç bir neqativ hal yoxdur. Zəlzələdən zərər çəkənləri izləyirik. vətəndaşlarımıza şəfa diləyirəm. Allah ölkəmizi və millətimizi fəlakətlərdən qorusun".
Günel Məlikzadə