Prezident icra başçısını vəzifəsindən AZAD ETDİ
    • Bu gün, 12:03
    • 1 423

Prezident icra başçısını vəzifəsindən AZAD ETDİ

Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, Tofiq İbrahimov Prezidentin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.