Daha az yeməyə kömək edən iki sirr ortaya çıxdı
    • Bu gün, 20:13
    • 64

Daha az yeməyə kömək edən iki sirr ortaya çıxdı

Yemək zamanı mavi kvadrat boşqabdan istifadə, həmçinin masada ağ qidaların olmaması daha az yeməyə kömək edir.

News24.az xəbər verir ki, bu barədə Qidalanma və Biotexnologiya Federal Dövlət Büdcə İnstitutunun Klinik Qidalanma Klinikasının psixoterapevti Oleq Qladışev Gazeta.Ru-ya danışıb.

“Yemək başına qəbul etdiyiniz kaloriləri azaltmağın yaxşı bir yolu var. Məsələn, kvadrat mavi qablardan istifadə insanların gündə 500 kalori az yeməsinə kömək edir. Məsələ burasındadır ki, mavi rəng aclığı yatırır, iştahı azaldır və sakitləşdirici təsir göstərir, kvadrat boşqab isə adi boşqablara nisbətən daha az yemək saxlayır”, - deyə mütəxəssis bildirib.

Əlavə olaraq qeyd edib ki, kilo verməkdə təsirli olan yalnız kiçik boşqablardan deyil, həm də kiçik bıçaqlardan istifadə etməkdir. Bu yolla insanlar daha az yemək yeyirlər.

“Bütün ağ qidaları süfrədən çıxarmaq da vacibdir. Bu ağ şəkər, ağ un, ağ düyü, ağ çörək, duzdur. Bu qidaların bəzilərində iştahınızı artıra bilən sadə karbohidratlar var. Psixo-emosional vəziyyətinizlə işləmək, stressə davamlılığı artırmaq, kiçik şeylərdə belə müsbət cəhətləri tapa bilmək və sizi yeməkdən yayındıra biləcək hobbi tapmaq da vacibdir”, - deyə həkim yekunlaşdırıb.

Məryəm İlhamqızı