-
- 7-08-2024, 15:19
- 695
Toyda gəlinə 3 kilo qızıl, bəyə 3 milyon verildi
Vanda Gevdan tayfasından olan tacir Saim Aşkanın oğlu Rıza Aşkan Kübra Aşkanla evlənib.
News24.az xəbər verir ki, tayfa başçılarından tutmuş fikir liderlərinə, iş adamlarından QHT sədrlərinə qədər minlərlə insanın iştirak etdiyi toyda gəlinə kilolarla qızıl, bəyə isə 3 milyon TL verilib.
Ölkədən və xaricdən 2 mindən çox qonağın qatıldığı toyda yemək xidməti və zinət mərasimindən sonra qonaqlar gecənin gec saatlarına qədər kürd mahnıları sədaları altında halay rəqsi edib.
Toyun sonunda bəylə gəlinə xoşbəxtlik arzulayan toyun ağsaqqalı, Vəkil Uğur Dere, “Toyumuzda vilayət xaricindən, xüsusilə Hakkaridən gələn iştirakçılarla yanaşı, İran və İraqdan da qonaqlarımız oldu. Qəbilə başçısımız Mehmet Aslanla yanaşı, iş adamları, prezidentlər də daxil olmaqla qonaqlarımız var.
Gəlinimizə 3 kiloya yaxın qızıl hədiyyə edildi. Bəy təxminən 3 milyon TL dəyərində zinət əşyası alıb. Toyda iştirak edən hər kəsə təşəkkür edirəm və cütlüyümüzə ömür boyu xoşbəxtlik arzulayıram" dedi.
Günel Məlikzadə