İnanılmaz toy: bəyə 3 milyon pul, gəlinə 15 kilo qızıl verildi - FOTO
    • 8-05-2023, 16:08
    • 172

İnanılmaz toy: bəyə 3 milyon pul, gəlinə 15 kilo qızıl verildi - FOTO

Türkiyənin Hakkari bölgəsində son zamanların ən çox qonaq iştirak edən toy baş tutub. 

News24.az xəbər verir ki, Cirki nəslinin başçısı Necman Adıyamanın oğlu Hazım Adıyaman və iranlı Mahana Abdolahi cütlüyü üçün iki gün iki gecə davam edən möhtəşəm toy mərasimi keçirilib.

Təxminən 10 min adamın iştirak etdiyi toyda bəyə 5 milyon 300 min TL, gəlinə isə 15 kilo qızıl verilib. 

Toyda çox sayda rəsmi şəxslər də iştirak edib. /NTV Türkiye/