Saat 10:00-dan etibarən… - Bu ərazilərədə yaşayan əhalinin NƏZƏRİNƏ!
    • Bu gün, 09:02
    • 134

Saat 10:00-dan etibarən… - Bu ərazilərədə yaşayan əhalinin NƏZƏRİNƏ!

Paytaxtın Binəqədi rayonunun 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nəsimi rayonunun M.Cəlal küçəsi 64 ünvanında isə siyirtmənin quraşdırılması məqsədi ilə 08.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

News24.az xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun A.S.Axundov, C.Xəndan, N.Nərimanov küçələrinin və Azadlıq prospektinin, Nəsimi rayonunun A.Məhərrəmov, Cavadxan, 20 Yanvar küçələrinin qaz təchizatında fasilə yaranacaqdır.