-
- 8-08-2024, 10:47
- 1 008
Azərbaycan nefti bahalaşdı
Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.
News24.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,01 dollar və ya 3,77 faiz artaraq 82,84 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.