-
- 25-04-2024, 10:50
- 505
“Azeri Light”ın qiyməti ARTDI
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə 0,16% və ya 0,18 ABŞ dolları artaraq 89,49 dollar təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.