7,1 bal gücündə zəlzələ: Xəbərdarlıq edildi
    • 8-08-2024, 12:18
    • 454

7,1 bal gücündə zəlzələ: Xəbərdarlıq edildi

Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, zəlzələnin Yaponiyanın cənub-qərbindəki Kyuşu və Şikoku adalarında bəzi ərazilərdə sunami xəbərdarlığına səbəb olduğu bildirilir.

Sunami xəbərdarlığı daha sonra Kaqoşima və Ehime şəhərlərini əhatə edəcək şəkildə genişləndirilib. Zəlzələdən sonra Kyuşu adasında sürətli qatarların hərəkəti dayandırılıb.

Günel Məlikzadə