Sevda Yahyayevadan ərinə eşq elanı
    • Bu gün, 19:12
    • 55

Sevda Yahyayevadan ərinə eşq elanı

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla bağlı maraqlı paylaşım edib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni evliliklərinin dördüncü ildönümü münasibəti ilə əri haqqında xoş sözlər yazıb.

Sevda həyat yoldaşı ilə fotosunu yayımlayaraq, "Dünyama sonsuz işıq oldun. Məni sevginlə aydınlatdın. Bir ömür səninlə birlikdə olmaq istəyirəm. 2020.08.08. 2024.08.08." deyə, yazıb.

Qeyd edək ki, Zakir Bayramov həkimdir. Cütlünün Ayla və Aida adlı iki qız övladı var.