"Səninlə keçirdiyim hər gün dəyərlidir"
    • 15-01-2023, 12:49
    • 202

"Səninlə keçirdiyim hər gün dəyərlidir"

Müğənni Sevda Yahyayeva sosial şəbəkədə həkim-genetik həyat yoldaşı Zakir Bayramovla fotosunu paylaşıb.

News24.az xəbər verir ki, ötən ay qız anası olan sənətçi ərinin ad günü olduğunu bildirib:

"Təkcə bu gün yox, səninlə keçirdiyim hər gün dəyərlidir. Həyatımın bir parçası olduğun üçün çox xoşbəxtəm. Əzizim, ad günün mübarək".

Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla 2021-ci ildə ailə qurub./ axşam.az