-
- 8-08-2024, 23:02
- 648
Qız ona xəyanət edən sevgilisindən belə qisas aldı
Sosial şəbəkə istifadəçisi olan bir qız sevgilisinin xəyanətindən necə xəbər tutduğunu və orijinal qisas almasını paylaşıb.
News24.az-ın Lent.az-a istinadla məlumatına görə, qız iki ildir ki, bir gənclə münasibətdə olduğunu yazıb.
“Bu yaxınlarda ondan fərqli davranışlar görməyə başladım: telefonunu gizlədirdi, işə az gedirdi və sonra işdən çıxdı”, deyə o bildirib.
Bir gün o, sevgilisi duşda olarkən telefonunu yoxlamaq qərarına gəlib: “Son bir neçə ay ərzində onun məni aldatdığını təsdiqləyən mesajlar və fotoşəkillər tapdım”.
Onun sözlərinə görə, xəyanət ittihamlarına cavab olaraq, gənc xəyanəti inkar etsə də, sonda etiraf edib.
“Mən qəzəbləndim və incidim, ona görə də onun hərəkətləri barədə dostlarımıza və ailəmizə danışmaq qərarına gəldim” deyə qız bildirib. O, sevgilisi ilə məşuqəsinin yazışmalarının və ümumi fotoşəkillərinin skrinşotlarını sosial şəbəkələrdə yerləşdirərək, onları postda etiketləyib.
İzləyicilərin bəziləri qızın sevgilisindən qisas almaq qərarını dəstəkləyib, bəziləri isə belə bir hərəkəti uşaqlıq hesab edib. Çoxları qızın gənc oğlandan ayrıldığına ümid etdiyini yazıb.