"Çelsi" argentinalı futbolçunu TRANSFER ETDİ
    • Dünən, 23:56
    • 49

"Çelsi" argentinalı futbolçunu TRANSFER ETDİ

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Zadəganlar" Argentinanın "Boka Xuniors" komandasında çıxış edən Aaron Anselminonu transfer edib.

19 yaşlı müdafiəçi ilə 7 illik müqavilə imzalanıb.

Qeyd edək ki, argentinalı oyunçu "Boka Xuniors"un əsas komandasında 10 matçda meydanda olub və 1 qol vurub.