-
- 31-07-2024, 20:22
- 397
"Çelsi" qapıçı transfer etdi
"Çelsi" Danimarka millisinin və "Vilyarreal"ın qapıçısı Filip Yorgenseni heyətinə qatıb.
News24.az QOL.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı qolkiperlə müqavilə 2031-ci ilin yayınadək nəzərdə tutulub. Futbolçu ABŞ turu zamanı əsas heyətə qoşulacaq. Transferin məbləği isə açıqlanmayıb.
Lakin jurnalist və insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “zadəganlar” "Vilyarreal"a 24,5 milyon avro ödəyəcək.
Qeyd edək k, Yorgensen 2023-cü ilin yanvarından La Liqa klubunun əsas komandasında oynayırdı. Bu müddət ərzində o, bütün turnirlərdə 44 matça çıxıb, 75 qol buraxıb.